Zelenski Britaniyanın Ukrayna ilə bağlı siyasətinin dəyişməyəcəyinə əmindir

Zelenski Britaniyanın Ukrayna ilə bağlı siyasətinin dəyişməyəcəyinə əmindir
# 07 iyul 2022 18:26 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski əmindir ki, Boris Conson istefa versə də, Britaniyanın onun ölkəsi ilə bağlı siyasəti dəyişməyəcək.

APA xəbər verir ki, bu barədə Zelenski CNN-ə müsahibəsində deyib.

Boris Consonu Ukraynanın "həqiqi dost"u adlandıran Zelenski vurğulayıb ki, Conson Ukraynanı tam dəstəkləyib və bununla da Britaniyanın tarixin doğru tərəfində olmasını seçib.

“Mən əminəm ki, Britaniyanın siyasəti dəyişməyəcək. Baş nazir Consonun atdığı addımlarla bizim münasibətlərimiz daha da güclənib. Biz Britaniyadan güclü hərbi dəstək almışıq”, - Zelenski əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR