Ukrayna Prezidenti Vladimir Zelenski 9-10 fevral tarixlərində Brüsselə səfər edəcək.
APA xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Zelenski Avropa İttifaqının (Aİ) sammitində iştirak edəcək və 27 Avropa ölkəsi liderlərinə müraciət ünvanlayacaq.