Zelenski: Demokratik dünyanın gücü bu həftə Ukraynadakı döyüş meydanında yaxşı hiss olunur

Zelenski: Demokratik dünyanın gücü bu həftə Ukraynadakı döyüş meydanında yaxşı hiss olunur
# 02 avqust 2022 05:39 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Donbass və Xarkov vilayətində şiddətli döyüşlərin davam etdiyini bildirib.

APA-nın məlumatına görə, bunu dövlət başçısı “Facebook” səhifəsində yayımladığı videomürəciətində bildirib.

“Son sutka ərzində döyüş meydanında vəziyyət ciddi şəkildə dəyişməyib. Donbassda, Xarkov vilayətində şiddətli döyüşlər davam edir. Cənub uğrunda mübarizə davam edir. Ukrayna artilleriyası və kəşfiyyatı artıq Rusiyanın atəş potensialını azaltmaq üçün çox iş görüb.”, - deyə Zelenski vurğulayıb.

Dövlət başçısı Rusiyanın maddi-texniki bazasını məhv edən, onların sursatını məhv edən Ukrayna əsgərlərinə təşəkkür edib.

“Mən tərəfdaşlarımıza, Ukraynanı müasir və səmərəli artilleriya və raket sistemləri ilə təmin edən hər kəsə təşəkkür etmək istəyirəm. Demokratik dünyanın gücü bu həftələr Ukraynadakı döyüş meydanında yaxşı hiss olunur”, - deyə Zelenski vurğulayıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR