Zelenski: “Donbasda Rusiyanın Ukraynadan 20 dəfə çox texnikası var”

Zelenski: “Donbasda Rusiyanın Ukraynadan 20 dəfə çox texnikası var”
# 24 may 2022 08:31 (UTC +04:00)

İndi Donbasda rus qoşunlarının Ukrayna ordusundan 20 dəfə çox texnikası var.

APA xəbər verir ki, bunu Davosda Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bizim texnika çatışmır, çünki biz belə böyük dövlətin ordusuna qarşı vuruşuruq. Rusların bizdən 20 dəfə çox texnikası var. Təsəvvür edin, bizim əsgərlərimiz nə qədər güclüdür, necə xalqımız var bizim”, - deyə Zelenski bildirib.

Ukraynalı lider deyib ki, ölkəsinə insanları itirməmək üçün güclü silah lazımdır. O bildirib ki, bəzən insanlar texnikaya qarşı döyüşürlər.

“İndi Donbassda onların iyirmi texnikasına cavab bizim bir texnikamız var. Mən yüz minlərlə insanın ölməsini istəmirəm. Bizə uzaq məsafədən döyüşməyə imkan verəcək silah lazımdır. Bu insanların həyatını xilas etmək üçün sizdə hər şey var”, - deyə prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR