Zelenski: “Donbasda vəziyyət ağır olaraq qalır”

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 08 avqust 2022 00:32 (UTC +04:00)

Donbasda vəziyyət çox ağır olaraq qalır.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Donbasda vəziyyət çox ağır olaraq qalır. Ordumuz rus qoşunlarının qarşısını almaq və onlara ən böyük itki vermək üçün əlindən gələni edir. Təəssüf ki, çoxlu insan həyatını itirir”, - Ukrayna dövlət başçısı bildirib.

O əlavə edib ki, Rusiya qoşunlarının qüvvələrini cəmləşdirməyə çalışdığı Xarkov vilayətində və Ukraynanın cənubunda da vəziyyət ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR