Zelenski Donbasdakı vəziyyətdən danışıb

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 13 iyul 2022 01:01 (UTC +04:00)

Donbasda vəziyyət çətinləşib.

APA xəbər verir ki, bu barədə Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, itkilər getdikcə artır.

O vurğulayıb ki, Rusiya Ukraynanın bəzi şəhərlərini hər gün atəşə tutur.

“Bu gün Nikolayevə raket və artilleriyadan müntəzəm zərbələr endirilib. Rusiya ordusu yenidən Xarkovu və bölgənin əsas hissəsini - Starıy Saltov, Zoloçiv, Bayrak və başqalarını vurub. Yaralananlar və ölənlər var” - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun Donbasa basqın etmək cəhdləri dayanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR