Zelenski Donbassda ən qaynar nöqtələrin adını açıqlayıb

Zelenski Donbassda ən qaynar nöqtələrin adını açıqlayıb
# 14 avqust 2022 02:42 (UTC +04:00)

Donbassda şiddətli döyüşlər davam edir.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Bu istiqamətlər cəbhənin ən qaynar nöqtələridir: Avdeyevka, Maryinka, Peski, Baxmut”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Rusiya ora böyük miqdarda hərbi resurslar göndərib.

“Xarkov vilayəti. Ukraynanın müdafiəsi burda güclüdür. Onların hücum cəhdləri daim uğursuz olur. Ölkənin cənubundakı mübarizədə Rusiya ordusunun güc və vasitələri məhv edilib”,-deyə Zelenski vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR