Zelenski ən vacib milli vəzifəni açıqlayıb

Zelenski ən vacib milli vəzifəni açıqlayıb
# 25 iyul 2022 02:12 (UTC +04:00)

Birliyi qorumaq, qələbə naminə birgə çalışmaq ən mühüm milli vəzifədir.

APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 151-ci gününün sonunda axşam çıxışında deyib.

“Hazırda birliyi qorumaq və qələbə üçün bir çalışmaq hamımızın mütləq yerinə yetirəcəyimiz ən mühüm milli vəzifədir. Biz əvvəlki nəsillərin edə bilmədiklərini edəcəyik. Bu, bizim müstəqillik müharibəsində müdafiəmizə, dünyanın ən müasir dövlətlərindən birinə çevrilməyimizə aiddir”,-deyə Zalanski vurğulayıb.

Prezident vurğulayıb ki, sabah vacib həftə başlayır. 28 iyul Ukrayna Dövlətçilik Gününün qeyd olunur.

“Bu həftə tərəfdaşlarımızın mühüm səfərləri olacaq. Əsas məsələ Ukraynanın cəbhədə, diplomatiyada, iqtisadiyyatda da daha da irəliləməsi olacaq”,- deyə zelenski bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR