Zelenski Ərazi Müdafiə Qüvvələrinə yeni komandir təyin edib

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 16 may 2022 01:48 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski general-mayor İqor Tansyuruyu Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinə komandan təyin edib.

APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Dövlət başçısının imzaladığı fərmanla Yuri Qaluşkin Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.

Briqada generalı Yuri Qaluşkin bu il yanvarın 1-də Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR