Zelenski Ərdoğana zəng edib

Zelenski Ərdoğana zəng edib
# 29 may 2023 23:33 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.

APA xəbər verir ki, bu barədə Zelenski tviter hesabında paylaşım edib.

Zelenski Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib:

“Qlobal ərzaq təhlükəsizliyinin mühüm tərkib hissəsi olan “taxıl sazişi”nin davam etdirilməsində Türkiyə Prezidentinin şəxsi rolunu qeyd etdim. Ukrayna və Türkiyə arasında əməkdaşlıq vacibdir və xalqlarımızın firavanlığına və beynəlxalq sabitliyə səmərəli töhfə verir”. – deyə qeyd olunub.

Zelenski bildirib ki, hər iki tərəf regionun gələcək inkişafını və dünyanın təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyəti davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR