Zelenski Fransada Makron və Şoltsla görüşüb - VİDEO - YENİLƏNİB

Zelenski Fransada Makron və Şoltsla görüşüb - VİDEO  - YENİLƏNİB
# 09 fevral 2023 03:08 (UTC +04:00)

Fransanın paytaxtı Parisdə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsla görüşüb.

APA BFM TV-yə istinadən xəbər verir ki, görüşdən sonra ölkə liderləri mətbuata açıqlama veriblər.

“Biz Ukraynanın tərəfindəyik, onu qələbəyə qədər müşayiət etmək əzmindəyik”, - deyə Makron bildirib.

Zelenski isə Almaniya və Fransa liderlərinə müraciət edərək ölkəsinə silah tədarükü ilə bağlı məlumatı xatırladıb.

E. Makron isə cavabında Fransa və Avropa İttifaqının Ukraynaya silah verilməsini davam etdirmək niyyətində olduqlarını vurğulayıb.

***

Saat 01:11

Ukrayna Prezidenti Vladimir Zelenski Fransaya gedib.

APA xəbər verir ki, bu barədə "Strana" məlumat yayıb.

Göyərtəsində Zelenskinin olduğu Böyük Britaniya hərbi hava qüvvələrinin (HHQ) təyyarəsi Fransanın "Paris-Orli" hava limanına enib.

Zelenskinin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşü gözlənilir.

Qeyd edək ki, CNN Almaniya kansleri Olaf Şoltsun artıq Fransada olduğu barədə məlumat yayıb.

Onun artıq Yelisey Sarayında olduğu qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR