Zelenski G7-nin iclasında iştirak edəcək

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 06 may 2022 16:24 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Yeddilik (G7) ölkələrinin liderlərinin bazar günü keçiriləcək iclasında iştirak edəcək.

APA BBC-yə istinadən xəbər verir ki, məlumatı Almaniya hökuməti yayıb.

Bildirilib ki, Zelenski G7 ölkələrinin liderlərinin iclasına videokonfrans formatında qatılacaq.

“8 may Avropada dəhşətə, dağıntılara və ölümə səbəb olan İkinci Dünya müharibəsinin Avropada başa çatdığı tarixi gündür”, - Almaniya hökumətinin mətbuat katibi müntəzəm mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Ukraynadakı müharibə fonunda G7 ölkələrinin birliyi daha vacibdir.

Qeyd edək ki, bu il G7-yə sədrliyi Almaniya edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR