Zelenski hökumətdəki istefalardan sonra yeni kadr təyinatlarının anonsunu verib

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 01 fevral 2023 11:32 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski hökumət nümayəndələri arasında istefa vermiş şəxslərin əvəzinə yeni kadr təyinatlarının anonsunu verib.

APA xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında videomüraciətdə bildirib.

Zelenskinin sözlərinə görə, dövlətin və cəmiyyətin fundamental tələblərinə cavab verməyən şəxslər vəzifə kürsülərində oturmamalıdırlar: "Hazırda kadr təyinatlarında müəyyən durğunluq var, lakin bu o demək deyil ki, bütün lazımi addımlar artıq atılıb. Yeni qərarlar olacaq, dövlətin və cəmiyyətin fundamental tələblərinə cavab verməyənlərə vəzifə verməyə dəyməz”.

Qeyd edək ki, son dövrdə Ukrayna mətbuatında ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə bir neçə korrupsiya qalmaqalı barədə məlumat öz əksini tapıb.

Xatırladaq ki, yanvarın 22-də Zelenski videomüraciət edərək, bu qalmaqallarla bağlı böyük kadr dəyişikliklərinin baş verəcəyini bildirmişdi və bunun ardınca bir sıra yüksək vəzifəli məmurlar istefa vermişdi. Onların sırasında Prezident Aparatının rəhbərinin müavini Kiril Timoşenko, Baş prokurorun müavini Aleksey Simonenko, müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov və başqalarının adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR