Zelenski ilə Almaniya Prezidenti arasında danışıq olub

Zelenski ilə Almaniya Prezidenti arasında danışıq olub
# 17 yanvar 2023 19:35 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Prezidenti Frank-Valter Ştaynmeyer arasında danışıq olub.

APA xəbər verir ki, bu barədə Almaniya Prezidentinin mətbuat katibi Kerstin Qammelin bildirib.

Onun sözlərinə görə, görüş videoformatda baş tutub.

"Prezidentlər iki ölkə arasında otuz ildən artıq müddətdə inkişaf edən tərəfdaşlığı vurğulayıblar. Prezident Ştaynmayer Almaniyanın davamlı dəstəyini qeyd edərək: “Biz Ukraynanı siyasi, humanitar, maliyyə, hərbi cəhətdən - əlimizdən gələn və lazım olanla, müttəfiqlərimizlə koordinasiyalı şəkildə dəstəkləyirik" deyə bildirib" - Almaniya Prezidentinin sözçüsü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR