Zelenski: “İşğal nəticəsində 400-ə yaxın səhiyyə müəssisəsi dağıdılıb”

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 06 may 2022 11:30 (UTC +04:00)

Rusiyanın Ukraynanı işğalı nəticəsində 400-ə yaxın səhiyyə müəssisəsi dağıdılıb və ya zədələnib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski video müraciətində belə deyib.

O bildirib ki, müharibənin həkimləri xərçənglə mübarizədə lazım olan tibbi vasitələrdən və cərrahi əməliyyat aparmaq imkanından məhrum edib.

Ukrayna Prezidenti, Ukraynanın şərqində və cənubundakı bir çox yerlərdə hətta antibiotiklərin belə çatışmadığını vurğulayıb.

Zelenski martın 9-da Mariupolda doğum xəstəxanasının tamamilə dağıdıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR