Zelenski İsveç Baş naziri ilə cəbhədəki vəziyyəti müzakirə edib

Zelenski İsveç Baş naziri ilə cəbhədəki vəziyyəti müzakirə edib
# 06 yanvar 2023 16:32 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və İsveç Baş naziri Ulf Kristersson cəbhədəki vəziyyəti müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Facebook" hesabında məlumat verib.

Onlayn formatda baş tutan görüşdə Zelenski cəbhə xəttindəki vəziyyət və onun gərginləşməsi riskləri, eləcə də Ukraynanın müdafiə qüvvələrini gücləndirmək üçün əsas ehtiyacları barədə İsveç Baş naziri Kristerssonu məlumatlandırıb.

“Biz, İsveçin Aİ Şurasına sədrliyi çərçivəsində Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlayacağımızı gözləyirik. Bu, ordumuz üçün güclü motivasiya və cəmiyyətimizin ümumi istəyidir. Biz inanırıq ki, bu, həm də Aİ daxilində birlik üçün güclü stimul olacaq”, - Zelenski bildirib.

O, həmçinin humanitar yardıma görə İsveçə təşəkkür edib və Baş nazir Kristerssonu Kiyevə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR