Zelenski Kiyevdə Baltik ölkələrinin XİN rəhbərlərini qəbul edib - YENİLƏNİB - VİDEO

Zelenski Kiyevdə Baltik ölkələrinin XİN rəhbərlərini qəbul edib - YENİLƏNİB  - VİDEO
# 06 may 2022 16:12 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Baltik ölkələrinin – Estoniya, Latviya və Litva xarici işlər nazirlərini qəbul edib.

APA xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs "Twitter"də bildirib.

***

13:15

Estoniya, Latviya və Litva xarici işlər nazirləri Kiyevə səfər edib.

APA xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis "Twitter"də bildirib.

“Latviyalı və estoniyalı həmkarlarımla Kiyevə səfər etmişik. Bu dəfə biz Ukraynanın yenidən qurulması, bərpası və Avropa İttifaqına namizəd statusu barədə danışırıq. Çiçəklənən Kiyev ölkənin parlaq gələcəyə hazır olduğunu xatırladır”, - Landsberqis qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR