Zelenski “Leopard 2” tanklarından danışıb: “Çox xoşbəxtəm” - VİDEO

Zelenski “Leopard 2” tanklarından danışıb: “Çox xoşbəxtəm” - VİDEO
# 25 yanvar 2023 21:55 (UTC +04:00)

“Almaniyanın 14 ədəd “Leopard 2” tankı göndərəcəyinə görə çox xoşbəxtəm”.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Sky News” telekanalına müsahibəsində bildirib.

Jurnalist Zelenskdən Almaniya kanslerinin ​​qərarı barədə nə düşündüyünü soruşub.

Zelenski suala cavabında məlumatlı olmadığını bildirsə də qəfil mətbuat katibinin sözü onu təəccübləndirib:

“Mətbuat katibim dedi ki, kansler Şolts “Leopard”ları verəcəyini indicə təsdiqləyib. Müsahibədən dərhal sonra onunla söhbət edəcəm. Mən çox xoşbəxtəm. Almaniyaya təşəkkür etmək istəyirəm. Britaniyaya və ABŞ-a təşəkkür edirəm. Mən bütün dünyaya minnətdaram”, -deyə Zelenski bildirib.

Zelenski tankların tez bir zamanda çatdırılmasının vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR