Zelenski Liz Trassla telefon danışığı aparan ilk prezident olub

Zelenski Liz Trassla telefon danışığı aparan ilk prezident olub
# 06 sentyabr 2022 23:51 (UTC +04:00)

Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Liz Trass və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Twitter"də bildirib.

"Mən Britaniyanın yeni seçilən Baş naziri Liz Trassla telefon əlaqəsi saxlayan ilk xarici ölkə prezidenti oldum. Mən onu Ukraynaya dəvət etdim və ölkəmizə göstərilən əsas hərbi və iqtisadi yardıma görə Britaniya xalqına təşəkkürümü çatdırdım", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Britaniya bu yardımları daha da gücləndirməyə hazır olduğunu bildirib.

Prezident deyib ki, telefon danışığı zamanı təhlükəsizlik zəmanəti məsələsi də müzakirə olunub.

"Biz həmçinin Ukraynanın bərpasında Britaniyanın iştirakı barədə də danışdıq. Rusiyaya əlavə təzyiqin koordinasiyasını müzakirə etdik. Məqsəd təcavüzkarların ədalətə təslim edilməsidir. Rusiyanın terrorçu dövlət kimi qəbul olunması vacibdir. Biz bütün formatlarda fəal işə davam edəcəyik", - deyə Ukrayna lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR