Zelenski Londondadır - FOTO

Zelenski Londondadır - FOTO
# 08 fevral 2023 14:56 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyaya gedib.

APA Britaniya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidentini daşıyan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Böyük Britaniya paytaxtının şimalında yerləşən London Stansted hava limanına enib.

Böyük Britaniya Baş naziri Rişi Sunak da Prezident Zelenskinin Londona gəlməsi barədə "Twitter"də paylaşım edib.

"Prezident Zelenski, Britaniyaya xoş gəlmisiniz", - o bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenksi Kral III Çarlzla və Baş nazir Rişi Sunakla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR