Zelenski Lvova səfər edib

Zelenski Lvova səfər edib
# 11 yanvar 2023 15:33 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Lvova səfər edib.

APA xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib və müvafiq video yayımlayıb.

Zelenskinin Lvova səfəri müharibədə həlak olan Ukrayna əsgərlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.

“Azadlığımız və dövlətimizin müstəqilliyi uğrunda canlarından keçənlərin hamısına eşq olsun! Yaşasın Ukrayna!” – Zelenski yayımladığı videoda deyib.

Həmçinin Lvov vilayətinin hərbi administrasiyasının rəhbəri Maksim Kozitski Zelenskinin səfərinin fotosunu paylaşıb. Kozitski qeyd edib ki, Zelenski Lvov vilayətinə səfərə gəlib və ilk növbədə işğalçılar tərəfindən öldürülən əsgərlərin xatirəsini ehtiramla yad edib.

Ukrayna Prezidenti ölkədə müharibə başlayandan indiyə qədər mütəmadi olaraq işğaldan azad olunan şəhərlərə səfərlər edir və bu səfərlər çərçivəsində İrpen, Buça, İzyum, Xerson, Baxmut şəhərlərində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR