Zelenski Makronla Ukraynanın Aİ üzvlüyünə namizəd statusu ilə bağlı müzakirə aparıb

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 17 may 2022 20:31 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski fransız həmkarı Emmanuel Makronlıa telefonla danışıb.

APA-nın xəbərinə görə, bu barədə Zelenski Tvitterdə bildirib.

“Emanuel Makronla uzun və mənalı söhbətimizi tamamladıq. Biz döyüş əməliyyatlarının gedişi, hərbçilərin “Azovstal”dan təxliyəsi əməliyyatı və danışıqlar prosesinin perspektivləri barədə danışdıq. Ukraynaya yanacaq tədarükü məsələsini qaldırdım” – deyə Ukrayna lideri qeyd edib.

Tərəflər həmçinin Fransanın Ukraynaya müdafiə dəstəyi, Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin hazırlanması və Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropaya ixracı məsələlərini müzakirə ediblər.

Dövlət başçıları Ukraynanın Aİ üzvlüyünə namizəd statusu ilə bağlı müraciətini əsaslı şəkildə müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR