Zelenski Makronla Ukraynanın enerji infrastrukturunun bərpasını müzakirə edib

Vladimir Zelenski, Emmanuel Makron

© APA | Vladimir Zelenski, Emmanuel Makron

# 01 noyabr 2022 15:59 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Zelenski "Twitter"də bildirib.

Söhbətin son dərəcə əhəmiyyətli və məhsuldar olduğunu deyən Zelenski fransalı həmkarı ilə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı konkret qərarları müzakirə etdiyini qeyd edib.

Zelenski Makronla Ukraynanın dağılmış enerji infrastrukturunun bərpası üçün konkret təşəbbüslərə dair fikir mübadiləsi aparıb.

“Dostum, sarsılmaz dəstəyinizə görə təşəkkür edirəm”, - Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR