Zelenski Moldovaya gedib - VİDEO

Zelenski Moldovaya gedib - VİDEO
# 01 iyun 2023 10:50 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Moldovaya səfər edib.

APA xəbər verir ki, Ukrayna lideri Kişineuda keçirilən Avropa Siyasi İcmasının görüşündə iştirak edəcək.

Qeyd edək ki, təhlükəsizlik səbəbindən Ukrayna Prezidentinin tədbirdə iştirakı son ana qədər təsdiqlənməsə də, təkzib də edilməyib.

Bu gün keçiriləcək “Avropa siyasi birliyi”nin sammitinin əsas mövzuları enerji, təhlükəsizlik və hibrid təhdidlərlə mübarizə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR