Zelenski NATO-dan qırıcı təyyarələr tələb edib

Zelenski NATO-dan qırıcı təyyarələr tələb edib
# 26 yanvar 2023 05:38 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Qərb tərəfdaşlarının tank tədarük etmək qərarından sonra NATO-dan Kiyevi qırıcı təyyarələrlə təmin etməyi tələb edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının saytında yerləşdirilən məlumatda deyilir.

“Mən NATO-nun baş katibi Yens Stoltenberqlə danışdım. Artilleriya sahəsində əməkdaşlığımızı genişləndirmək bizim üçün vacibdir, Ukraynaya təyyarələrin tədarükünə nail olmalıyıq”, - deyə qeyd olunur.

Ukraynanın F-16 qırıcılarını almaq istəyini bu ölkənin müdafiə nazirinin müşaviri Yuri Sak da Reuters agentliyinə müsahibəsində bildirib.

“Onları əldə etsək, döyüş meydanında üstünlüklər böyük olacaq... Təkcə F-16 deyil: dördüncü nəsil təyyarələr bizə lazımdır”, - deyə Sak bildirib.
Yanvarın 24-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Aİ Kiyevə F-16 qırıcılarının təhvil verilməsini müzakirə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR