Zelenski Nikolayevdə Danimarka Baş naziri ilə görüşüb - YENİLƏNİB

Zelenski Nikolayevdə Danimarka Baş naziri ilə görüşüb - YENİLƏNİB
# 30 yanvar 2023 17:46 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Nikolayev vilayətində Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşüb.

APA "Kiev Post"a istinadən xəbər verir ki, Prezident Vladimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen Nikolayevdə xəstəxanada yaralı Ukrayna hərbçilərinə baş çəkib.

***

16:21

Ukrayna Prezidenti Vladimir Zelenski Nikolayev vilayətinə səfər edib.

APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Nikolayev vilayətinin rəsmiləri ilə görüş zamanı Ukrayna Prezidenti qeyd edib ki, vilayət işğalçıların bütün hücumlarını qəhrəmancasına dəf edir.

Zelenski səfəri zamanı vilayətin əməliyyat vəziyyətini, Rusiyanın raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarının nəticələrini müzakirə edib.

Həmçinin, Nikolayev vilayətinin enerji infrastrukturunun, mühafizə vasitələrinin vəziyyəti və həyata keçirilən bərpa işlərinin tempi məsələləri də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR