Zelenski Nova Kaxovka su anbarının partladılması ilə əlaqədar TŞ-nin iclasını çağırıb

Zelenski Nova Kaxovka su anbarının partladılması ilə əlaqədar TŞ-nin iclasını çağırıb
# 06 iyun 2023 10:03 (UTC +04:00)

Nova Kaxovka su anbarının dağıdılması təsdiqləyir ki, rusiyalılar Ukrayna torpağının hər yerindən qovulmalıdırlar.

APA CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenksi Telegram kanalındakı bəyanatında deyib.

“Bir metr də olsa onlara qalmamalıdır, çünki onlar hər bir metrdən terror üçün istifadə edirlər. Yalnız Ukraynanın qələbəsi bizim təhlükəsizliyimizi qaytara bilər və bu qələbə gələcək. Terrorçular Ukraynanı su ilə, raketlərlə nə də digər bir şeylə dayandıra bilməyəcəklər”, - Zelenksi qeyd edib.

Prezident hadisə ilə əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırdığını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR