Zelenski Qərargahın iclasını keçirib

Zelenski Qərargahın iclasını keçirib
# 10 iyun 2023 03:48 (UTC +04:00)

Prezident Vladimir Zelenski Ali Baş Komandanın Qərargahının iclasını keçirib. İclasda müdafiə tədbirləri və cəbhə xəttindəki nailiyyətlər müzakirə edilib.

APA-nın məlumatına görə, bu barədə Zelenski axşam videomüraciətində bildirib.

“İndicə iclas keçirdim. Bizim müdafiə hərəkətlərimiz, fəal hərəkətlərimiz, nailiyyətlərimiz cəbhə xəttindədir”, - deyə dövlət başçısı vurğulayıb.

Həmçinin, onun sözlərinə görə, görüş zamanı Qərargahda döyüş sursatlarının tədarükü və paylanması, artilleriya və hava hücumundan müdafiənin gücləndirilməsi məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR