"Rusiya öz qonşularının ərazilərində donmuş münaqişələr yaradır".
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Moldovada keçirilən Avropa Siyasi İcmasının Sammitində çıxışında deyib.
"30 ilə yaxındır ki, Moldova ərazisində - Dnestryanında Rusiya hərbi kontingenti var. Avropa bütün bunlara dözümlülük göstərməməlidir. Bizim qitəmizdə donmuş münaqişələrə və ya qaynar müharibələrə yer olmamalıdır", - Zelenski vurğulayıb.