Zelenski Britaniyadan hərbi təyyarələrin verilməsini istəyib - YENİLƏNİB-1

Zelenski Britaniyadan hərbi təyyarələrin verilməsini istəyib - YENİLƏNİB-1
# 08 fevral 2023 17:46 (UTC +04:00)

Böyük Britaniyaya Ukraynanı silahla təmin etdiyinə, tanklar və uzaqmənzilli raketlər göndərəcəyinə görə təşəkkür edirəm. Bu dəstək Rusiyanı tamamilə geri çəkilməyə məcbur edəcək.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Londonda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Britaniya parlamentinin "Westminster Hall"da çıxışı zamanı deyib.

O, Ukraynanın aviasiyası ilə qürur duyduğunu deyib, lakin onların müharibədə döyüşmək üçün daha çox təyyarələrə ehtiyacı duyduğunu deyib.

Zelenski Böyük Britaniyaya Ukraynaya təyyarə göndərməsi üçün müraciət edib.

Həmçinin Zelenski parlamentin spikerinə ukraynalı pilotun imzalanmış kaskasını hədiyyə edib.

***

17:21

Zelenski Britaniya parlamentində çıxış edir

APA-nın Britaniya bürosunun xəbərinə görə, Londonda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Britaniya parlamentində "Westminster Hall"da çıxış edib.

Prezident Zelenskinin çıxışı böyük alqışlarla qarşılanıb. O, ingilis dilində çıxış edib və buraya Ukrayna döyüşçülərini təmsil etmək üçün gəldiyini deyib. O, ukraynalı əsgərlərə cəbhə xəttində döyüşmək üçün Britaniya tərəfindən təlim keçirildiyinə görə Britaniyaya təşəkkür edib.

Zelenski çıxışında azadlığın qalib gələcəyini bildiyini deyib: "Biz Rusiyanın məğlub olacağını bilirik və həqiqətən də bilirik ki, qələbə dünyanı dəyişəcək və bu, dünyanın çoxdan ehtiyac duyduğu dəyişiklik olacaq".

Prezident qeyd edib ki, London ilk gündən Kiyevin yanındadır, müharibənin ilk saniyələrində və dəqiqələrində dünya hələ necə reaksiya verəcəyini anlamayanda Britaniya kömək əlini uzadıb. O, həmçinin çıxışında Britaniyanın keçmiş Baş naziri Boris Consona da təşəkkür edib.

***

17:15

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Parlamentində çıxış edir.

APA xəbər verir ki, Prezident Zelenski Ukrayna müdafiəçilərinin adından çıxış etdiyini deyib.

Ukrayna lideri verdiyi dəstəyə görə Britaniyaya təşəkkür edib.

"Bizim hamımız bu cəsarətinizə görə, sizə təşəkkür edirik. London ilk gündən Kiyevin yanında olub. Britaniya yardım əlini uzadıb.

Siz öz böyük xarakterinizi - güclü britaniyalı xarakterinizi göstərmisiniz. Siz öz dəyərlərinizlə bağlı kompromisə getməmisiniz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR