Zelenski: Rusiya Yeni ilədək enerji infrastrukturuna hücum edə bilər

Zelenski: Rusiya Yeni ilədək enerji infrastrukturuna hücum edə bilər
# 30 dekabr 2022 06:41 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Yeni il qabağı Rusiyanın növbəti dəfə ölkənin enerji infrastrukturuna hücuma keçəcəyini istisna etmir.

APA-nın məlumatına görə, bu barədə Ukrayna lideri son videomüraciətində bildirib.

“Yeni ilə iki gün qalıb. Ola bilsin ki, düşmən bir daha bizim Yeni ili qaranlıqda qeyd etməyimizi istəsin. Ola bilsin ki, o, şəhərlərimizə növbəti zərbələrlə bizi əziyyətə salmağı planlaşdırır. Amma onlar nə planlaşdırsalar da, biz özümüz haqqında bilirik: biz dayanacağıq”, - deyə Zelenski vurğulayıb.

Dövlət başçısı 54 raket və 11 hücum pilotsuz təyyarəsini vuran Ukrayna Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin şəxsi heyətinə təşəkkür edib.

Ukrayna MN-in məlumatına görə, dekabrın 29-da Rusiya qoşunları Ukraynaya 69 raket atıb, onlardan 54-nü hava hücumundan müdafiə qüvvələri vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR