Ukrayna Prezidenti Vladimir Zelenski Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarının ən sürətli və keyfiyyətli həyata keçirilməsinin vacib olduğunu deyib.
APA xəbər verir ki, bu barədə o, Kiyevdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə brifinqdə bildirib.
“Biz Rusiyaya qarşı yeni sanksiyaları, xüsusən də Avropa İttifaqının onuncu sanksiyalar paketini müzakirə etdik. Avropanın ümumi vəzifəsi Rusiyanın sanksiyalardan yayınma qabiliyyətini azaltmaqdır və bu tapşırıq nə qədər tez və yaxşı yerinə yetirilərsə, biz bir o qədər Rusiyanın məğlubiyyətinə yaxın olacağıq. Biz indi görürük ki, Avropa sanksiyaların sürətini bir qədər aşağı salıb, terrorçu dövlət isə əksinə, sanksiyalara uyğunlaşma tempini artırır”, - Zelenski qeyd edib.