Zelenski Si Cinpinlə Ukraynadakı münaqişəni müzakirə etmək istəyir

Zelenski Si Cinpinlə Ukraynadakı münaqişəni müzakirə etmək istəyir
# 04 avqust 2022 07:47 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Çin Sədri Si Cinpinlə birbaşa danışıqlar aparmaq və Ukraynadakı münaqişəni müzakirə etmək istəyir.

APA xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlunat yayıb.

“Mən birbaşa danışıq aparmaq istərdim. Mən bir il əvvəl prezident Si Cinpinlə bir dəfə danışmışam”, - deyə Zelenski deyib.

Onun sözlərinə görə, fevralın 24-dən sonra Kiyev rəsmi olaraq Pekinlə danışıqların aparılmasını xahiş edib.

“Çinlə heç bir söhbətimiz olmayıb, baxmayaraq ki, bunun faydalı olacağını düşünürəm", - deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenskinin sözlərinə görə, Çin çox güclü iqtisadiyyata çmalik dövlətdir və buna görə də Rusiyaya siyasi və iqtisadi cəhətdən təsir göstərə bilər.

Çin bazarı olmasa, Rusiya özünü tam iqtisadi təcrid vəziyyətində hiss edərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR