Zelenski Şoltsla Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edib

Zelenski Şoltsla Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edib
# 02 iyun 2023 07:21 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşüb. Tərəflər Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə ediblər.

APA-nın məlumatına görə, bu barədə UNN Ukrayna prezidentinin ofisinə istinadən xəbər yayıb.

Ukrayna prezidenti Almaniya kanslerinə Rusiyanın Ukraynaya qarşı raket terrorunun genişlənməsi barədə məlumat verib.

Vladimir Zelenski həmçinin Olaf Şolza Ukrayna sülh formulasını dəstəklədiyinə və onun həyata keçirilməsinə qoşulmağa hazır olduğuna görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR