Zelenski Stoltenberqlə Ukraynaya ağır silahların verilməsini müzakirə edib

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 02 avqust 2022 16:50 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Telefon danışığı zamanı Zelenski Rusiyanın hücumlarını dəf etmək üçün Ukraynanın NATO ölkələrindən daha çox ağır silah almağa ehtiyac duyduğunu bildirib və yardımın qısa zamanda veriləcəyinə ümidini ifadə edib.

Stoltenberq isə Odessa limanından ilk taxıl gəmisinin yola düşməsini alqışlayıb.

Zelenski avqustun 23-də Krım platforması çərçivəsində keçiriləcək onlayn sammitə Yens Stoltenberqi də dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR