Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib

Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib
# 29 iyul 2022 14:33 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Odessa vilayətinə işgüzar səfəri zamanı Çernomorsk Dəniz Ticarət Limanında Ukrayna taxılının ixrac üçün gəmiyə yüklənməsi ilə tanış olub.

APA xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

“İlk gəmi müharibə başlayandan yüklənib. Bu türk gəmisidir”, - Ukrayna dövlət başçısı bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, müharibənin başlaması ilə əlaqədar yola çıxa bilməyən bir neçə gəminin göndərilməsi ilə taxıl ixracına başlanılacaq:

“Ukrayna taxıl daşımalarının başlanması ilə bağlı tərəfdaşlardan - Birləşmiş Millətlər Təşkilatının nümayəndələri və Türkiyədən müvafiq siqnallar gözləyir. Çox yaxın günlərdə ixrac başlaya bilər. Biz tam hazırıq, tərəfdaşlarımıza - BMT və Türkiyəyə siqnal göndərmişik və ordumuz təhlükəsizlik vəziyyətinə zəmanət verir. İnfrastruktur naziri Türkiyə tərəfi və BMT ilə birbaşa təmasdadır, gözləyirik”.

Qeyd edək ki, Zelenski ilə yanaşı, limana G7 ölkələrinin səfirləri də gəlib.

Prezident Zelenski Odessadakı tibb müəssisələrinin birində müalicə alan ukraynalı hərbçilərə də baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR