Zelenski: Türkiyəyə lazımi yardımı göstərməyə hazırıq - YENİLƏNİB

Zelenski: Türkiyəyə lazımi yardımı göstərməyə hazırıq - YENİLƏNİB
# 06 fevral 2023 10:58 (UTC +04:00)

“Bu gün Türkiyədə baş vermiş faciəvi zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik”.

APA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter”də yazıb.

O, Ukraynanın Türkiyəyə istənilən dəstəyi verməyə hazır olduğunu bildirib.

***

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Zelenski “Twitter”də yazıb.

“Prezident Ərdoğana, türk xalqına və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən şəxslərin ailələrinə başsağlığı verirəm. Bu ağır zamanda Türkiyə xalqının yanındayıq. Dağıntıların nəticələrini aradan qaldırmaq üçün bütün lazımi yardımı göstərməyə hazırıq”, - Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR