Zelenski: "Ukrayna-Aİ əlaqələrində tarixi andır, dəstəyə görə minnətdaram"

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 23 iyun 2022 22:55 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə namizəd statusu verilməsi münasibətilə Avropa İttifaqı (Aİ) liderlərinə təşəkkür edib.

APA-nın xəbərinə görə, Zelenski “Twitter” hesabındakı paylaşımında qərarın Ukrayna üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

“Aİ liderlərinin Aİ Şurasında Ukraynaya namizəd statusu vermək qərarını səmimi şəkildə təqdir edirəm. Bu, Ukrayna-Avropa İttifaqı əlaqələrində unikal və tarixi andır. Şarl Mişelə, Ursula fon der Lyayenə və Aİ liderlərinə dəstəyə görə minnətdaram. Ukraynanın gələcəyi Aİ daxilindədir”, - deyə Zelenski bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR