Zelenski: “Ukrayna çoxlu sayda tank və artilleriya əldə etmək üzərində işləyir”

Zelenski: “Ukrayna çoxlu sayda tank və artilleriya əldə etmək üzərində işləyir”
# 05 noyabr 2022 22:45 (UTC +04:00)

Növbəti həftələr önəmli olacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukraynalı lider bildirib ki, ölkəsi çoxlu sayda tank, zirehli maşınlar və artilleriya əldə etmək üzərində işləyir.

“Növbəti həftələr bu nöqteyi-nəzərdən çox vacib olacaq - biz Ukrayna üçün daha çox tank, daha çox zirehli maşın, daha çox artilleriya əldə etmək üçün tərəfdaşlarla çox sıx işləyirik”, - deyə Ukrayna lideri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR