Zelenski: Ukrayna, Türkiyə və BMT ilə birgə dünyadakı aclığın qarşısını alır

Zelenski: Ukrayna, Türkiyə və BMT ilə birgə dünyadakı aclığın qarşısını alır
# 09 dekabr 2022 13:01 (UTC +04:00)

"Rusiyaya qarşı mübarizə aparan cəsur Ukrayna əsgərləri və diplomatiyamız sayəsində biz Qara dənizdəki üç limanımızdan yenidən taxıl daşınmasını bərpa edə bildik".

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski TRT World Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Ukrayna, Türkiyə və BMT birgə səylər ilə dünyadakı aclığın qarşısını alır: “Biz bölgəmizin təhlükəsizliyini düşünərək, beynəlxalq təhlükəsizliyi təmin edirik”.

Zelenski əlavə edib ki, Rusiya taxıl daşınmasını bilərəkdən yavaşladır və Ukrayna limanlarından daha çox taxıl daşına bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR