Zelenski Ukraynanın tezliklə Aİ-yə üzv olacağına inanır

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 04 noyabr 2022 13:00 (UTC +04:00)

"Amerika cəmiyyətinin Ukraynaya dəstəyinin davam etdirilməsi ilə bağlı narahatlığa əsas görmürəm".

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "El Pais"ə müsahibəsində deyib.

Jurnalistin noyabrda ABŞ-da keçiriləcək seçkilərdən sonra bu ölkənin Ukraynaya dəstəyinin hazırkı sürətlə davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Prezident Zelenski vurğulayıb ki, ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Amerika cəmiyyətinin əksəriyyətinin Ukraynanın yanında olduğunu nəzərə alınmalıdır.

"Amerika cəmiyyəti tərəfindən Ukraynaya dəstəklə bağlı narahatlığa əsas görmürəm. Biz onların seçiminə hörmətlə yanaşacağıq, amma düşünürəm ki, onlar da öz cəmiyyətinin Ukraynaya yardımın tərəfdarı olduğunu, demokratiya, azadlıq, beynəlxalq və humanitar hüquq uğrunda mübarizənin tərəfdarı olduğunu seçəcəklər”, - o deyib.

Ukrayna lideri əlavə edib ki, siyasi dəyişiklik ikitərəfli qərarlar baxımından “daha yavaş proses”ə gətirib çıxara bilər, lakin o qeyd edib ki, hər kəs İtaliyanın sağçı namizədi Giorgia Meloninin qələbəsindən sonra və ya Britaniyada hökumət dəyişikliyindən sonra münasibətlərin soyumasını gözləyirdi, lakin bu baş vermədi.

Ölkəsinin Aİ-yə üzvlüyü barədə sualı cavablandıran Prezident Zelenski Ukraynanın gələcəyinin Avropa İttifaqına daxil olmasından asılı olduğunu vurğulayıb: "Müharibə ona görə başladı ki, Rusiya bizi müstəqil ölkə, Avropa ölkəsi kimi tanımır. Xalqın müstəqil olmaq istədiyi Belarusda da eyni şey olacaq. Niyə Rusiya Belarusda insanların necə yaşamasına qərar verməlidir? Bizim çəkdiyimiz bu əzabdan hər ölkə keçməli deyil, çünki Rusiya nə Belarusa, nə Moldovaya, nə də Gürcüstana bu prosesdə imkan verməyə çalışacaq. Ümid edirəm ki, Aİ liderləri cəsarət göstərəcəklər”.

Eyni zamanda, Zelenski əlavə edib ki, bəzi Aİ üzvləri onların inteqrasiya prosesini sürətləndirmək istəmir. Bununla belə, Zelenski ölkəsinin Aİ-yə daxil olacağını deyib: "Gec və ya tez olacağını demək istəmirəm, çünki artıq gec olduğuna inanıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR