Zelenski: Ukraynanın uzaqmənzilli raketlərə və hərbi təyyarələrə ehtiyacı var - YENİLƏNİB

Zelenski: Ukraynanın uzaqmənzilli raketlərə və hərbi təyyarələrə ehtiyacı var - YENİLƏNİB
# 09 fevral 2023 14:49 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa parlamentində çıxış edib.

APA xəbər verir ki, Ukrayna prezidenti Zelenskini Rusiyanın işğalından sonra Brüsselə ilk səfəri çərçivəsində Avropa parlamentində çıxışını parlamentarilər davamlı alqışlarla qarşılayıb. Prezident Zelenskidən əvvəl çıxış edən parlamentin sədri Roberta Metsola: "Ukrayna Avropadır və xalqınızın gələcəyi Avropa İttifaqındadır. Digər ölkələr tərəfdaşlarımız tezliklə, növbəti addım kimi, Ukraynanın azadlığınə qorumaq üçün bu ölkəyə lazım olan uzun mənzilli sistemləri və reaktivləri təmin etməyi nəzərdən keçirməlidir" , - deyə vurğulayıb.

Daha sonra Ukrayna Prezidenti Zelenski çıxış edib. O bildirib ki, Ukraynanın özünü müdafiəsi üçün ordunun uzaqmənzilli raketlərə və hərbi təyyarələrə ehtiyacı var. Zelenski deyib ki, Ukrayna "ksenefobiyanı təşviq edən Rusiyaya qarşı" mübarizə aparır. "Avropanın taleyi heç vaxt siyasətçilərdən asılı olmayıb. Hər birimiz önəmliyik. Hər biriniz bizim ümumi nəticəmizə, ümumi qələbəmizə təsir etmək iqtidarındasınız. Aİ-nin hər bir vətəndaşı bizim ortaq qələbəmizə təsir edə bilər".

Zelenski deyib ki, Ukrayna Avropa ailəsinin bir üzvüdür. "Ukrayna Avropa İttifaqının üzvü olacaq. Biz birlikdə, həmrəy olduğumuz müddətdə Avropa həmişə Avropa olaraq qalacaq. Biz azadlıq, Rusiyanın məhv etməyə çalışdığı Avropa dəyərləri uğrunda mübarizə aparırıq. Bizim gələcəyimiz buradadır, Avropa İttifaqında, bu bizim evimizdir", o qeyd edib.

***

14:19

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa parlamentində çıxış edir.

APA xəbər verir ki, onun çıxışı Rusiyanın Ukraynaya hücumuna və Aİ ölkələrinin rəsmi Kiyevə verə biləcəyi dəstəklə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR