Zelenski Ukraynaya raket və təyyarə tədarükünü təxirə salmamağa çağırıb

Zelenski Ukraynaya raket və təyyarə tədarükünü təxirə salmamağa çağırıb
# 24 mart 2023 00:32 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski müttəfiq ölkələrin ölkəsi üçün vacib qərarların gecikdirilməsindən danışıb.

APA-nın məlumatına görə, o, bu barədə özünün Telegram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, Ukraynaya uzaqmənzilli raketlərin çatdırılması, eləcə də müasir Qərb təyyarələrinin göndərilməsi ləngiyir. Həmçinin, onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalar kifayət qədər tez tətbiq olunmur.

O, bəyan edib ki, Ukrayna bu il Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR