Zelenski Uruqvay prezidenti ilə ilk dəfə danışıqlar aparıb

Zelenski Uruqvay prezidenti ilə ilk dəfə danışıqlar aparıb
# 27 iyul 2022 00:45 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə uruqvaylı həmkarı Luis Lakalle Pou ilə danışıqlar aparıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Zelenski "Telegram” kanalında məlumat verib.

“Bu gün dövlətlərarası münasibətlərin tarixində ilk dəfə Uruqvay prezidenti ilə danışıqlar apardım. Mən beynəlxalq təşkilatlarda dəstəyə görə təşəkkür etdim və Latın Amerikası regionunda digərləri kimi Uruqvaydan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi xahiş etdim”, - deyə o bildirib.

Ukrayna prezidenti qeyd edib ki, o, əvvəllər Çili, Paraqvay və Kosta-Rika rəsmiləri ilə ünsiyyətdə olarkən Rusiyanın hərbi əməliyyatı mövzusuna toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR