Zelenski və Makron müharibənin gedişatını müzakirə edib

Zelenski, Makron

© APA | Zelenski, Makron

# 05 sentyabr 2022 16:02 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı 1 saat 50 dəqiqə davam edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Twitter"də bildirib.

Danışıqların substantiv keçdiyini deyən Prezident Zelenski fransalı həmkarını cəbhədəki son vəziyyət barədə məlumatlandırıb.

"Mən Prezident Makrona Rusiyanın təcavüzünə qarşı mübarizənin gedişi barədə məlumat verdim. Biz Fransanın koordinasiya edilmiş əlavə müdafiə dəstəyi barədə danışdıq. Həmçinin, AEBA-nın Zaporojye AES-dəki missiyasının nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq", - Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR