Zelenski və Rişi Sunak arasında telefon danışığı olub

Rişi Sunak, Vladimir Zelenski

© APA | Rişi Sunak, Vladimir Zelenski

# 10 noyabr 2022 17:37 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.

“Biz Ukraynaya çox şaxəli müdafiə dəstəyi və qış dövrü üçün yardımı müzakirə etdik. Həmçinin “taxıl sövdələşməsi”nin davam etdirilməsi və mühüm beynəlxalq tədbirlər ərəfəsində razılaşdırılmış mövqelərimiz barədə danışdıq”, - Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR