Zelenski: Xerson şəhərində sabitləşdirmə tədbirləri görülür

Zelenski: Xerson şəhərində sabitləşdirmə tədbirləri görülür
# 12 noyabr 2022 23:46 (UTC +04:00)

Ukrayna ordusu Xerson vilayətinin 60 yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski televiziya ilə müraciətində bildirib.

“Bu axşama olan məlumata görə müdafiə qüvvələrimiz Xerson vilayətinin 60-dan çox yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Xerson şəhərinin özündə sabitləşdirmə tədbirləri görülür” – deyə prezident vurğulayıb.

Zelenski azad edilmiş ərazilərdə çox sayda partlayıcı qurğu olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR