Zelenski Xerson vilayətinin bir hissəsindən sakinlərin təxliyə edilməsini tapşırıb

Zelenski Xerson vilayətinin bir hissəsindən sakinlərin təxliyə edilməsini tapşırıb
# 06 iyun 2023 14:01 (UTC +04:00)

Sel təhlükəsi ilə əlaqədar Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətində Dnepr çayının sağ sahili boyunca yaşayan sakinlərin təxliyə edilməsini tapşırıb.

APA xəbər verir ki, Zelenski bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasından sonra “Telegram”da yazıb.

Qeyd edək ki, Ukraynanın Xerson vilayəti hərbi administrasiyasının rəhbərinin sözlərinə görə, regionun bu hissəsində 16 minə yaxın sakin təhlükəli zonadadır.

Xerson vilayətində bir sıra yaşayış məntəqələri tamamilə və ya qismən su altında qalıb. Hazırda bu yaşayış məntəqələrindəki sakinlərin avtobuslarla Xerson şəhərinə, oradan isə Ukraynanın digər şəhərlərinə köçürülməsi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR