Zelenskinin Ofisi Arestoviçin istefa ərizəsini qəbul edib - YENİLƏNİB

Zelenskinin Ofisi Arestoviçin istefa ərizəsini qəbul edib - YENİLƏNİB
# 17 yanvar 2023 17:00 (UTC +04:00)

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin istefa ərizəsi qəbul edilib.

APA xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenskinin mətbuat xidmətinin rəhbəri Sergey Nikiforov açıqlama verib.

Aleksey Arestoviçin istefa qərarını Prezident Ofisinin Aparat rəhbəri Mariya Vituşok imzalayıb.

***

13:11

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb.

APA xəbər verir ki, bu barədə o, Facebook hesabında paylaşım edib.

“Sivil davranış mədəniyyətini göstərmək istəyirəm: prinsipial səhv, istefa deməkdir”, - o yazıb.

Xatırladaq ki, Aleksey Arestoviç Rusiya ordusunun Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqidlərə məruz qalmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR