Zelenskinin ofisi G20 iclasından gözləntilərini açıqlayıb

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 07 iyul 2022 14:05 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi İndoneziyada keçirilən G20 iclasından gözləntilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Ukrayna G20 görüşündən nə gözləyir? Liderlik və həll yolları: Kremlin tam iqtisadi və siyasi izolyasiyası. Rusiya nümayəndələri üçün İndoneziyada keçirilən G20 iclası utanc yerinə çevrilməlidir”, - Podolyak qeyd edib.

Xatırladaq ki, Balidə G20 ölkələrinin XİN rəhbərlərinin iclası keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR